İdman

Kehill də millidən getdi

“Çelsi”nin futbolçusu Qeri Kehill İngiltərə millisindəki karyerasını müvəqqəti dayandırıb.

Qol.az-ın London təmsilçisinin telekanalına istinadən yaydığı xəbərə görə, o, klubdakı karyerasına köklənmək üçün bu addımı atdığını bildirib: “İndi bu qərarı vermək üçün ən düzgün vaxtdır. Gələcəkdə milliyə lazım olsam, hazır olacam”.

Qeyd edək ki, Kehill 2010-cü ildən İngiltərə millisində oynayırdı. O, indiyə kimi 61 matçda 5 qol vurub. 32 yaşlı oyunçu DÇ-2018-də iştirak edib.

Xatırladaq ki, bundan əvvəl Ceymi Vardi İngiltərə yığmasından getdiyini açıqlayıb.

Bənzər yazılar

Back to top button