İdman

“Qalatasaray”dan yeni transfer – RƏSMİ

“Qalatasaray” heyətini yeni futbolçu cəlb edib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə qatıb.

1 illik icarəyə götürülən futbolçu üçün “Qalatasaray” “Stok Siti”yə 750 min avro icarə haqqı ödəyəcək. Ndiaye özü isə yeni komandasında ilinə bütövlükdə 2 milyon 700 min avro qazanacaq.

Qeyd edək ki, bu, Ndiayenin “Qalatasaray”a ikinci gəlişidi. İstanbul klubu onu 2017-ci ilin avqustunda “Osmanlıspor”dan 7,5 milyon avroya alıb 6 ay sonra “Stok Siti”yə 16 milyona satmşdı.

Bənzər yazılar

Back to top button