İdman

UEFA reytinqində xallarımız artdı – CƏDVƏL

Avrokuboklarda pley-off mərhələsi başa çatandan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın reytinq xalları 18,500-ə yüksəlib. Buna “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Şerif”i (Moldova) 3:0 hesabı ilə yenməsi olub.

Aktivinə 0,250 xal əlavə edən Azərbaycan yenə 26-cı pillədə yer alsa da, irəliləmək imkanına malikdi. 18,625 xalla 25-ci pillədə olan İsrail və 19,250 xalla 22-ci yerdə gedən Polşanın avrokuboklarda təmsilçisi qalmayıb. Bu isə o deməkdir ki, “Qarabağ” Avroliqanın qrup mərhələsində xallar qazana bilsə, bu iki ölkəni də geridə qoymaq mümkün olacaq.

Bənzər yazılar

Back to top button