İqtisadiyyat

BP və SOCAR İsrail şelfində qaz layihəsinə investisiya qoymağa hazırdırlar

BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə İsrailin təbii qazın kəşfiyyatı üzrə lisenziyalaşdırma raundunda iştirak ediblər ki, bu da Şərqi Aralıq dənizi hövzəsinə artan beynəlxalq marağın son əlamətidir. Bu barədə Reuters öz mənbələrinə istinadən bildirib.

BP və SOCAR İsrailin NewMed Energy (NWMDp.TA) şirkətilə birlikdə bazar günü başa çatan dördüncü lisenziyalaşdırma raundu çərçivəsində iki dəniz bloku üçün müraciət ediblər.

Bu, BP və Abu Dabi Adnoc dövlət nəhənginin NewMed-in 50 faizini təxminən 2 milyard dollara birgə satın almağı təklif etməsindən dörd ay sonra baş verib ki, bu da potensial olaraq onlara İsrailin artan enerji sektoruna çıxış imkanı verəcək.

Misir, İsrail, Kipr və Livanın arasında yerləşən qazla zəngin dəniz hövzəsi son illərdə dünyanın bəzi aparıcı enerji şirkətlərinin diqqətini çəkib, xüsusən də Moskvanın Ukraynaya hücumundan sonra Avropanın Rusiya qazını əvəz etmək üçün təchizatı təmin etməkdən ötrü mübarizə apardığı bir vaxtda.

NewMed Chevron (CVX.N) tərəfindən idarə olunan Leviafan nəhəng dəniz yatağının ən böyük səhmdarıdır. İsrail, Misir və İordaniyaya nəql edilən çatdırılan 12 milyard kubmetr qaz bu yataqda hasil edir.

Mənbələr bildirirlər ki, NewMed BP və Socar-ın birgə müraciəti Leviafan və Tamar yataqlarının yaxınlığındakı bloklara aiddir. olduğunu bildirirlər.

BP şərh verməkdən imtina edib, Socar isə şərhlə bağlı sorğuya cavab verməyib. Normativ sənədlərdə NewMed “beynəlxalq şirkətlər” ilə konsorsium çərçivəsində müraciət etdiyini təsdiqləyib.

Müsabiqənin qalibləri dördüncü kvartalda elan edilməlidir, Reuters bildirib.

BP və SOCAR-dan şərh almaq mümkün olmayıb.(Turan)

Bənzər yazılar

Back to top button