İdman
Neymar “Barselona”ya qayıtmaq istəyir
PSJ-nin hücumçusu Neymar sabiq klubu “Barselona”ya qayıtmaq istəyir.
Qol.az-ın məumatına görə, bu barədə İspaniyanın məşhur “Mundo Deportivo” nəşri xəbər yayıb. İddiaya görə, braziliyalı futbolçu Kataloniya klubunun rəsmiləri ilə görüşlərdə yenidən bu komandanın formasını geyinmək istədiyini onlara çatdırıb.
PSJ-də 19 yaşlı Kilian Mbappenin kölgəsində qalan 26 yaşlı futbolçunun oyunlara motivasiya olmaqda çətinlik çəkdiyi bildirilir. Fransa çempionatda tez-tez rəqib oyunçuların kobudluğuna məruz qalan futbolçunun həm də ölkənin iqlimini sevmədiyi iddia olunur.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib