İdman

Messi bu klubla danışıqlar aparır – İDDİA

“Barselona”dan PSJ-yə keçən Lionel Messi başqa klubla danışıqlar aparır.

Fanat.az xəbər verir ki, bu iddia ilə “Mirror” nəşri çıxış edib. İddia olunur ki, İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem argetinalını karyerasını biritmədən sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubuna aparmaq istəyir.

Bu məqsədlə artıq Bekhem və Messi arasında danışıqlar baş tutub. 34 yaşlı futbolçunun bu yaxınlarda Mayamidə bir neçə ev aldığı bildirilir.

Qeyd edək ki, Messi 2005-ci ildən oyndadığı “Barselona”dan bu yay PSJ-yə keçib. 34 yaşlı forvard 2 illik sözləşməyə imza atıb. Müqavilənin müddəti sonradan daha bir il artırıla bilər.

Bənzər yazılar

Back to top button