Cəmiyyət
Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? (AÇIQLAMA)
![](https://aztoday.az/wp-content/uploads/2023/02/qeyri-sabit-hava-sc999raiti-nc999-qc999dc999r-davam-edc999cc999k-aciqlama-780x470.jpg)
Qeyri-sabit hava şəraiti gün ərzində və oktyabrın 27-si səhər saatlarına qədər davam edəcək.
Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir, yağıntılar başlayıb. Sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq və günorta saatlarından etibarən güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Noyabrın 28-29-u isə hava şəraitinin sabitləşəcəyi gözlənilir”.