Dünya

Tramp Baş Prokuroru qovdu

ABŞ prezidenti Donald Tramp Baş Prokuror Ceff Seşşınzı vəzifəsindən azad edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, qərarı “Twitter” hesabı vasitəsilə elan edən Tramp “Baş Prokuror Ceff Seşşınza xidmətlərinə görə təşəkkür edir və uğurlar arzu edirik. Vəzifəni müvəqqəti icra edəcək şəxsin adı tezliklə açıqlanacaq”, – deyə bildirib.

Baş prokuror vəzifəsini Metyu Vitaker müvəqqəti olaraq icra edəcək.

Qeyd edək ki, Baş Prokuror Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsində anti-Tramp mövqeyi ilə diqqət çəkmiş və prezident tərəfindən tənqid edilmişdi.

Bənzər yazılar

Back to top button