CəmiyyətHadisə

İcra başçısı beynəlxalq əlillər günüdə Qarabağ qazilərinin “çörəyini” kəsdi

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günüdə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsib.

Demokrat.Az xəbər verir ki, bu barədə Qarabağ qazisi olan jurnalist Rey Kərimoğlu özünün “facebook” səhifəsində yazıb:

“Sumqayıtın “Elmar Vəliyev”i Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günüdə 15 nəfər Qarabağ əlilinin “çörəyini” kəsdi! Pul adamın gözünü elə tutub ki, ağsaqqal, qarasaqal da eşitmir! Bu gün özlərinin təklif etdiyi 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobuslarını çıxarıbdır!”.

Həmin marşrut xətti üzrə avtobuslarla çalışan Qarabağ əlilləri də faktı təsdiq ediblər.

Bənzər yazılar

Back to top button