Bizim seçimGündəmManşetSiyasət

Bakıda “Mehman Hüseynova azadlıq!” tələbilə aksiya keçirilib (VİDEO)

Bu gün Bakıda “Neftçilər” metro stansiyasının yaxınlığında bloger Mehman Hüseynovun azadlığa buraxılması tələbilə aksiya keçirilib. Aksiyada AXCP üzvləri və bir sıra ictimai fəallar iştirak ediblər.

10-15 nəfər aksiya iştirakçısı “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndiriblər.

Aksiya başlayandan on beş dəqiqə sonra polis əməkdaşları iştirakçıları, o cümlədən qadınları saxlayıb. Saxlanılanları Nəsimi Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparıblar.

Piket iştirakçılarından biri aksiyanın baş tutduğunu söyləyib.

“Polis müdaxiləsinə baxmayaraq, etiraz aksiyası baş tutdu. Biz ictimaiyyətin diqqətini siyasi məhbuslar probleminə yönəldə bildik”, – o bildirib.

* Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayon polis rəisinin böhtanla bağlı iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.

Dekabrın 26-da ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb və o, karserə salınıb. M.Hüseynov etiraz olaraq quru aclığa başlayıb. Dekabrın 30-da blogerin səhhəti kəskin pisləşib. Bundan sonra doğmalarının təkidilə quru aclığı dayandırıb və su içməyə başlayıb.

Hüquq müdafiəçiləri əmindirlər ki, M.Hüseynov yüksək vəzifəli şəxslər arasında korrupsiya hallarını ifşa etdiyinə, həmçinin hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Aksıya zamanı saxlanılanlar arasında jurnalistlər Əfqan Sadıqov (Azel TV), Nurlan Qəhrəmanov (Kanal-13), Əli Abdinov (“Azərbaycanın səsi” saytı) və Sevinc Vaqifqızı da var. (Turan.az)

https://youtu.be/dalsngxkFpo

Bənzər yazılar

Back to top button