Bizim seçimDünya

Yeni Zelandiyada məscidə hücumda erməni izi varmı?

Martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidə hücum edənlərin ermənilər ilə əlaqəsinin olması ehtimal edilir. Bu ehtimala əsas kimi cinayətkarlardan birinin avtomat tüfənginin üzərində erməni dilində yazı səbəb olub.

Hadisə yerindən kadrlarda bir neçə dildə yazılar oxunur, onlar xristianlarla müsəlmanlar arasında müxtəlif savaşları göstərir.

Belə ki, avtomatın üzərində 1683-cü il döyüşündə türk sultanı Muradı öldürmüş serb Miloş Obiliçin adı və Birinci Dünya Müharibəsində Sarıkamışda ruslarla türklər arasında savaşın adı oxunur. Məhz “Sarıkamış” sözü erməni dilində yazılıb.

Hələlik bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur. (Turan)

Bənzər yazılar

Back to top button