İdman

“Barselona”dan fantastik transfer büdcəsi

“Barselona”nın yay transfer pəncərəsinə ayırdığı məbləğ açıqlanıb.

Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, Kataloniya klubu transferə 250-300 milyon büdcə ayırmağı planlaşdırıb.

“Barselona” bu vəsaitlə heyətə bir neçə futbolçu qatmaq niyyətindədi. Kataloniyalılar bundan əvvəl “Ayaks”dan yarımmüdafiəçi Frenki de Yonqu 75 milyon avroya transfer edib. 21 yaşlı futbolçu yayda komandaya qoşulacaq. “Barselona” Amsterdam təmsilçisinədn Mattis de Liqti də transfer etmək istəyir.

La Liqa klubu həmçinin yayda Samuel Umtiti, İvan Rakitiç və Filip Koutinyonu satmağı planlaşdırır.

Bənzər yazılar

Back to top button