İdman

“Barselona” Messi ilə danışıqlara başlayır – yeni müqavilə üçün

“Barselona” futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib. O, argentinalı hücumçu ilə yeni müqavilə imzalamaq istədiklərini deyib: “Messi hələ gəncdir, bunu onun oyunundan görürük. Messi ilə yeni müqavilə imzalamaq istəyirik. Qarşıdakı aylarda onun müqavilənin müddətini uzatmaq barədə danışıqlar aparacağıq”.

Qeyd edək ki, Messinin “Barsa” ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button