Mədəniyyət

Realliq.info saytının 2 yaşı tamam olur

Bu gün Realliq.info saytının fəaliyyətə başlamasından iki il ötür.

AzToday.az xəbər verir ki, bu xəbər portalı 2016-cı ilin sentyabr ayının 14-də yaradılıb. Sayt qısa bir zamanda öz oxucu auditoriyasını toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.

Analitik məqalələri, tənqidi və müəllif yazıları ilə Azərbaycan mediasında özünəməxsus yer tutan Realliq.az saytında ölkənin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Saytın baş redaktoru tanınmış jurnalist İkram Rafiqoğludur.

Bənzər yazılar

Back to top button