Bizim seçimHadisə

Nazirdən yeni təyinat

Təhsil naziri Ceyhun Bayramov Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanovanı əvəz etmək üçün nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Vidadi Bağırovu müvəqqəti təyin edib.

Unikal.org-a daxil olan məlumata görə, nazir bununla bağlı əmr imzalayıb. Belə ki, Vidadi Bağırov hazırda Gimnaziyanın direktor əvəzi vəzifəsini icra edir və Gimnaziyada bəzi nöqsanlarla bağlı araşdırma aparır.

Əgər nöqsanlar təsdiqini taparsa, Xuraman Osmanova rəsmi olaraq vəzifəsindən azad ediləcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Yeni təyinatı Humanitar Fənlər Gimnaziyasından təsdiqləyiblər. Bildirilib ki, Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova səhətti ilə əlaqədar qeyri-müəyyən vaxta qədər bülletenə çıxıb.

Qeyd edək ki, X. Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.

Bənzər yazılar

Back to top button