İdman

“Barselona”da şok qərar: baş məşqçi və 9 futbolçu gedir – SİYAHI

La Liqada çempionluğu qazansa da, Çempionlar Liqasında və “Kral Kuboku”nda hədəfə çatmayan “Barselona”da heyətlə ciddi dəyişikliklər etməyə hazırlaşır.

Fanat.Az “Sport” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 9 futbolçusu ilə yollarını ayıracaq.

Artıq komandanı tərk edəcək futbolçuların adıları da bəllidi. İddiaya görə, Yasper Kilessen, Ceyson Murilya, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filipe Koutinyo və Kevin Prins Boatenq komandanı tərk edəcək.

Bundan başqa, baş məşqçi Ernesto Valverde də yola salınacaq. İddia olunur ki, klub prezidenti Xosep Bartomeu və komandanın lideri Lionel Messi ispan mütəxəssisin qalmasını istəmir.

Bənzər yazılar

Back to top button