İdman

Dembele PSJ-nin təklifini niyə rədd edib?

“Barselona”nın futbolçusu Usman Dembele bu yay PSJ-yə keçməkdən imtina edib.

Qol.az-ın “L’Equipe”yə istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi Paris klubunun baş məşqçisi Tomas Tuhellə yaxşı münasibətlərinə baxmayaraq, təklifi müsbət cavablandırmayıb. O, hazırda xəyallarının klubunda olması və “Barsa” ilə “Qızıl top”u qazanmaq şanslarını daha yüksək olduğunu düşünməsi səbəbindən bu addımı atıb.

Qeyd edək ki, Dembele bu mövsüm La Liqada 1 matçda oynayıb.

Bənzər yazılar

Back to top button