İdman

“Barselona” Messiyə komandanı tərk etmək hüququ verdi

“Barselona”nın argentinalı ulduzu Lionel Messi komandanı tərk etmək hüququ əldə edib.

Fanat.Az xəbər verir ki, bu barədə “El Pais” qəzeti iddia ilə çıxış edib. Qəzetin xəbərinə görə, Messi hər mövsümün sonunda klubu tərk etmək hüququ qazanıb. Həmin maddə futbolçunun tələbi ilə müqavilə şərtinə əlavə edilib.

Qeyd edək ki, 2005-ci ildən bəri “Barselona”nın formasını geyinən Messi bu günə qədər komanda ilə 8 müqavilə imzalayıb. 2017-ci ildə imzalanan və müddəti 2021-ci ildə bitən sonuncu müqavilədə futbolçunun sərbəst qalma haqqı 300 milyon avro müəyyənləşdirilmişdi.

Bənzər yazılar

Back to top button