Dünya

Paşinayanın oğlu hərbi xidmətdə kütləvi şəkildə döyüldü – Xəbərçilik etdiyinə görə – (FOTO)

Ermənistan ordusunda daha bir qalmaqal baş verib.

AzToday.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu dəfəki məsələ baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanla bağlıdır.

“Qraparak” qəzetində dərc olunan xəbərdə bildirilir ki, hərbi xidməttdə olan aşot xidmət yoldaşları ilə mübahisə edib və zabitlər və əsgərlər tərəfindən döyülüb. Maraqlısı budur ki, onu döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı olan Zori Balayanın nəvəsidir.

“Aşot Paşinyan Ermənistanda nizam yaratmağa cəhd edən atası kimi öz hərbi hissəsində nizam yaratmağa cəhd edib. Bunun üçün o, zabitlərə və xidmət yoldaşlarına irad tutaraq, əsgər yoldaşlarından komandanlığa xəbərçilik edib və nəticədə bütün yazılmamış qaydaların hamısını pozub. Kiçik Paşinyan onunla eyni hərbi hissədə xidmət edən Zori Balayanın nəvəsi tərəfindən döyülüb. Bu hadisədən az sonra sosial şəbəkələrdə Aşot Paşinyanın İrəvanda mühafizəçilərin müşayiəti altında bacısı ilə gəzməsini əks etdirən video yayımlanıb”, – deyə mənbədə bildirib.

Bənzər yazılar

Back to top button