İdman

“Qarabağ” 1.4 milyon manat qazandı

“Qarabağ”ın Avropa Liqasındakı çıxışa görə qazandığı məbləğ klubun hesabına köçürülüb.

Bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, ağdamlılar Avropa Liqasının qrup mərhələsində çıxışına görə (1 qələbə üçün 570 min avro, 1 heç-heçəyə görə 190 min avro) və Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Ümumilikdə Ağdam klubu 781 min avro (1 milyon 460 min manat) qazanıb.

Qeyd edək ki, A qrupunda yer alan “Qarabağ” V tur çərçivəsində noyabrın 28-də səfərdə “Sevilya” ilə qarşılaşacaq.

Bənzər yazılar

Back to top button