Dünya

Paşinyanın hökumətdəki rəqibi Tiqran Avinyan onu devirə bilər

“Mənim addımım” blokunun deputatları tamamilə Paşinyana etimad göstərmirlər

AzToday.az-ın məlumatıba görə, “İrates” qəzeti yazır ki, parlamentdəki son hadisədən sonra “Mənim addımım” blokunun deputatları tamamilə Paşinyana etimad göstərmirlər: fraksiyada böyük gərginlik yaşanıb, Paşinyanın gözlənilməz hərəkətləri hamını əsəbiləşdirməyə və narahat etməyə başlayıb.

Qəzet yazır ki, məyus olanlar olduqca çoxdur, baş nazir Paşinyanın bu vəziyyətin öhdəsindən gələ biləcəyinə şübhə edirlər:

“Üstəlik, parlamentin kuluarlarında pıçıldaşırlar ki, birtəhər oyana və görə bilərlər ki, onların yeni bir baş naziri var və bu baş naziri onlar seçiblər. Buna səbəb, Nikolun hökumətdə, xüsusən Tiqran Avinyanı mühasirəyə alaraq “gömrük rəsmiləşdirməsi” aparmağa çalışması ola bilər. Bununla yanaşı, deputatların, keçmiş döyüşçünün oğlu, “Mənim addımım” fraksiyasından olan Vardan Atabekyan mandatından imtina etməsə Nikol Paşinyanın “qüdrəti” barədə mifi dağıdıb”.

Qəzet yazır ki, müxalifət fraksiyasının rəhbəri E.Marukyanın variantı artıq parlamentdə müzakirə olunur və T.Avinyanın baş nazir ola biləcyi ehtimalı böyükdür.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button