İdman

“Messi və Ronaldo meydanda canavara bənzəyir”

Argentina millisinin və “Yuventus”un futbolçusu Paulo Dibala iki komanda yoldaşı – Lionel Messi və Kriştiano Ronaldo haqa danışıb.

Qol.az-ın “El Pais”ə istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu hər iki oyunçuya böyük hörmət etdiyini deyib:

“Futboldan kənarda ikisi də sakitdir, amma meydanda canavara bənzəyirlər. Luis Skola Messi və Ronaldonun meydana ən yaxşı olduqlarına əmin şəkildə çıxdığını və buna görə də ən yaxşılar sırasında yer aldığını söyləmişdi. Onun bu fikrinə qatılıram. Dostlarım mən həm millidə, həm də klubda ən güclülərlə oynadığımı xatırladıb şanslı olduğumu söyləyirlər. Bu, mənim üçün bir üstündür. Ən yaxşılarda oynamağı kim istəməz ki?”.

Qeyd edək ki, Messi Dibalanın Argentina millisindəki, Ronaldo isə “Yuventus”dakı komanda yoldaşıdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button