İdman

MY Ten Haaqa nə qədər təzminat ödəyəcək? – MƏBLƏĞ

“Mançester Yunayted” niderlandlı baş məşqçi Erik ten Haaqla yolları ayırsa, ona böyük məbləğdə təzminat ödəməli olacaq.

Fanat.az “Futbol Insider”-ə istinadən xəbər verir ki, 15 milyon funt-sterlinqdən çox pul ödəyəcək.

Mütəxəssisin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun şərtlərinə görə, Erik ildə təxminən 9 milyon funt sterlinq qazanır. İşdən çıxarılacağı təqdirdə “şeytanlar” müqavilə şərtlərinə görə ona almalı olduğu bütün maaşı verməyə borcludurlar. Klub həmçinin, Haaqın bütün məşqçilər heyətinə – on nəfərə təzminat ödəməli olacaq.

“Mançester Yunayted” bu mövsüm keçirdiyi 15 oyunun 8-də məğlub olub. Bu, klub tarixində mövsümün ən pis startlarından biridir.

Bənzər yazılar

Back to top button