Dünya

Biznesmenlərin olduğu təyyarə qəzaya uğradı: 9 nəfər öldü

Venesuelanın paytaxtı Karakasın yaxınlığında təyyarə qəzaya uğrayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Oskar Maçado Zuloaqa hava limanından qalxan təyyarə meşəlik əraziyə düşüb. Hadisə nəticəsində 9 nəfər həyatını itirib. Onlardan 3-ü ekipaj üzvü, 6-sı isə sərnişin olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin hansı səbəbdən düşdüyü hələlik məlum deyil.

Yerli mətbuatın yazdığına görə, təyyarədə hökumətə yaxın iş adamları da olub.

Bənzər yazılar

Back to top button