AnalitikaBizim seçimİqtisadiyyat

Araşdırmaçı: Elnur Aslanov biznesini genişləndirir

“Prezident Administrasiyasının keçmiş şöbə müdiri, hazırda deputatlığa namizədliyini irəli sürməyə hazırlaşan Elnur Aslanovun Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və elə FETÖ ilə əməkdaşlıq ittihamı səbəbindən vəzifəsindən çıxarıldıqdan sonra sığındığı ABŞ-dakı biznesi haqqında yazmışdım”.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində paylaşıb.

Cavanşir Həsənli bildirib ki, bunlar Elnur Aslanovun biznesinin tamamı deyilmiş: “Onun Ukraynada ərzaq məhsullarını qablaşdıraraq Şərqi Avropa ölkələrinə ixrac edən daha bir şirkəti var.

PA-nın keçmiş şöbə müdiri “ELAN QLOBAL” MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВІДПОВІДАЛЬНІСТЮ ЕЛАН ГЛОБАЛ) 2017-ci ilin dekabrın 14-də Kiyevdə 41737113 saylı lisenziya ilə qeydiyyatdan keçirib. Şirkətin hüquqi ünvanı KIYEV, GENERAL ALMAZOV KÜÇƏSİ 18/7-dir.

“ELAN QLOBAL” xilafət elanı-filan kimi anlaşılmasın. Bu, iki şərikin adlarının abbreviaturasıdır. Ukrayna Ədliyyə Nazirliyinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 5000 qrivna olan şirkətin təsisçiləri hər biri 50 faizlik paya sahib olmaqla Aslanov Elnur Kazım oğlu və Anar Tahirovdur.

Reyestr məlumat bazasında Elnur Aslanovun Sumsk vilayəti, Krasnopolski rayonu, Prikordonna 9 ünvanında qeydiyyatda olduğu qeyd edilib. Bu həmin ünvandır ki, orada keçmiş şöbə müdiri 3 mərtəbəli tikilinin də olduğu böyük bir torpaq sahəsini satın alıb (ərazinin fotoları əlavə olunub).

Reyestr məlumatlarında şirkətin paketləşdirilmiş günəbaxan tumları, yumurta, ət və süd, eləcə də digər yeyinti məhsullanın topdansatışı ilə məşğul olduğu qeyd olunub. Məhsullar “Salubre a votre sante” (fransızcadan “Sağlamlığınız üçün sağlam”) ticarət markası ilə satışa təqdim olunur. Şirkətə aid http://salubre.club/ru/ saytında satın məhsulların çeşidləri təqdim olunub”.

Məsələ ilə bağlı Elnur Aslanovla əlaqə saxlamaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button