Dünya

Rusiya müxalifət lideri sərbəst buraxıldı

“Mən saxlanılmamışam, sadəcə axtarışdan əvvəl Korrupsiya ilə Mübarizə Fondu (FBK) binasından zorla çıxarılmışdım, sonra isə sərbəst buraxdılar.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu sözləri tanınmış müxalifətçi Aleksey Navalnı öz Tvitter hesabında qeyd edib.

Buna qədər mediada müxalifətçinin həbs edildiyi bildirilmişdi.

Navalnı Tvitterdə son paylaşımında belə yazıb: “Son xəbər: həbs olunanlar yoxdur”.

O, həmçinin yazıb ki, FBK və “Navalnılive”ın ofislərinin yerləşdiyi dəhlizlər axtarışdan əvvəl “qara şlyapalarla” bloklanıb.

Navalnı onu da qeyd edib ki, axtarış günü təsadüfən seçilməyib, çünki bu gün onun efirdə çıxışı olmalıdır.

FBK layihə meneceri Leonid Volkov axtarışın Məhkəmə İcraçılarının Federal Xidmətinin (FSSP) xüsusi təyinatlıları tərəfindən “O, sizin üçün Dimon deyil” filminin efirdən çıxarılması ilə bağlı məhkəmə qərarının icra edilməməsi səbəbindən aparıldığını deyib.

Bənzər yazılar

Back to top button