İdman

“Başakşəhər” Arda Turanla yollarını ayırdı

Başakşəhər” Arda Turanla yollarını ayırıb.

Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Bildirib ki, futbolçu karyerasında yeni səhifə açmaq üçün klub prezidenti Göksel Gümüşdağdan icazə istəyib və müsbət cavab alıb.

Qeyd edək ki, Arda Turan müqavilə ilə “Barselona”ya məxsusdu. O, 2017/18 mövsümünün əvvəlində “Başakşəhər”ə icarəyə verilib. Ardanın İstanbul klubuna icarəsinin müddəti və “Barselona” ilə sözləşməsi bu ilin yayında yekunlaşacaq.

Bənzər yazılar

Back to top button