İdman

Məşhur türk məşqçi millimizi çalışdıra bilər

Milli komandamızın baş məşqçi postuna daha bir namizəd müəyyəqləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” nəşri məlumat yayıb. İddia olunur ki, hazırda “Fənərbaxça”nı çalışdıran Ersun Yanal millimizin baş məşqçi postuna namizəddi.

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən “Fənərbaxça”nı çalışdırır. 47 yaşlı mütəxəssis 2013-2014-cü illərdə də bu komandaya başçılıq edib. O həmçinin məşqçi karyerası arasında “Dənizlispor”, “Yeni Salihspor”, “Ankaragücü”, “Manisaspor”, “Trabzonspor”, “Eskişəhərspor” klublarını və Türkiyə millisini (2004-2005) çalışdırıb.

Onu da qeyd edək ki, Ersun Yanaldan başqa Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici di Byaco və Çezare Prandellinin də millimizi çalışdırmağa namizədlər arasındadı.

Bənzər yazılar

Back to top button