Dünya

İranda sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxdı

“İran Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kirmanşah şəhərində aeroporta enərkən uçuş-eniş zolağından çıxıb. Təyyarədə həmin vaxt 102 sərnişin və səkkiz heyət üzvü olub.

Qaynarinfo “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 06:00-da baş verib. Qəza zamanı zərər çəkən olmayıb.

İlkin ehtimallara görə, təyyarənin ön şassisində problem yaranıb.

Xatırladaq ki, bundan əvvəl də Qorqandan Tehrana uçan laynerin göyərtəsində yanğın olmuşdu. Pilotlar təyyarəni uğurla endirə bilmişdilər.

Bənzər yazılar

Back to top button