Dünya

Amerikalı alimlər dinozavrlarla bağlı həqiqətləri alt-üst etdilər (FOTO)

Son illərdə dinozavrlar haqqında təsəvvürləri dəyşdirən yeni kəşflər orataya çıxır. Bu heyvan növlərinin daha böyük nümayəndələrinin müntəzəm olaraq tapılan qalıqlarında aşkarlanan son yeniliklər filmlərdə bizlərə təqdim edilən qədim canlıların uydurma olduğunu sübut edəcək qədər maraqlıdır.

AzToday.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu dəfə amerikalı alimlər nəhəng heyvanların ölçü və çəkiləri ilə bağlı deyil, onların hərkətləri ilə yeni kəşfləri təqdim ediblər. ABŞ alimlərinin qənaətinə görə, dinozavrların arasında yalnız ön ayaqlarının köməyi ilə hərkət edən növləri də olub.

Paleontoloqların gözlənilməz kəşfləri haqqında “RİA Novosti”nin materialında qeyd edilir ki, ABŞ-ın Texas ştatındakı “Glen Rose” karxanasında tapılan təxminən 110 milyon il əvvəl yaşamış bitki ilə qidalanan nəhəng dinozavrın izləri aşkar edilib. Əvvəlcə elm adamları, ayaq izlərinin bu xüsusi qrupun heyvanlarına aid ola biləcəyini başa düşməyiblər. Çünki bütün tarix boyu planetin ən böyük sakinlərindən biri sayılan dinozavrların dörd ayaq üzərində hərəkət edikləri barədə qənaət hasil olub. Üç paralel izlər zəncirinin tədqiqi onların sahibinin hərəkət üçün yalnız ön ayaqlardan istifadə etdiyini göstərir. Paradoksal olan bu kəşf fiziologiya və fizika qanunlarına zidd olsa da, izlərin froma və ölçüləri ( diametri 70 santimetr) onların dinozavrlara aid olduğuna şübhə doğurmur.

Tədqiqatçılar izlərin əslində Tabaşir dövrünə aid kiçik bir su gölməçəsində alt çöküntülərində qeydə alındığını irəli sürüblər. Alimlərin qənətinə görə, suda dinozavrlar vaxtaşırı yalnız ön pəncələri ilə hərəkət ediblər, su gölməçəsinin gil yamacından sahilə dırmaşan heyvanlar çox güman ki, yalnız ön ayaqlarından istifadə ediblər.

Bu fərziyyənin lehinə bir dəlil isə amerikalı paleontoloq Roland Quşun 1940-cı ildə Texasdakı tapıntısıdır. Həmin kəşfə görə də dinozavrların yalnız ön ayaqlarının izləri var.

Bənzər yazılar

Back to top button