Dünya

Zelenski: “İranın təyyarəmizi vurmasıyla bağlı əlimdə ciddi səs qeydi var”

Ukrayna Prezidenti Vladimir Zelenski İran dispetçerlərinin danışıqlarının ən əhəmiyyətli qeydinin onun əlində olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, prezident qeyd edib ki, bu qeydlər Ukraynanın Boeing şirkətinin İranda qəzaya uğrayan təyyarəsi ilə bağlı məsələyə işıq salmağa kömək edəcək.

“1+1” kanalının efirində Zelenski qeyd edib ki, raketlər təyyarəni vurandan dərhal sonra Tehranda bundan xəbər tutublar.

Zelenski yanvarın 8-də, saat 6:12-də təyyarə uçuşa başlayıb, 6:30-da isə bir İran təyyarəsi eniş etməliymiş. İran təyyarəsinin komandiri havada uçan bir obyekt görüb. O, bundan sonra dispetçerlə əlaqə saxlayıb.

“O komandir deyir ki, “mənə elə gəlir, bir raket uçur”, – Zelenski deyib. Prezident əlavə edib ki, pilot bunu həm farsca, həm də ingilis dilində deyib.

Bu vaxt, İslam Respublikası Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar fəlakət haqqında vacib məlumatların sızmasının nəticələrindən danışıb. Onun sözlərinə görə, bu, İran və Ukrayna arasındakı münasibətlərə təsir edəcək.

Bənzər yazılar

Back to top button