Dünya

Rusiya KİV-də Ermənistan lağa qoyuldu: “İşğal etdikləri torpaqlar…”

İrəvan Rusiya Federasiyası hesabına öz ordusunu yenidən silahlandırır, Qarabağ münaqişəsində onun kömək edəcəyinə ümid edir, eyni zamanda Rusiya telekanallarını bağlamaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu fikirlər rosbalt.ru-nun yazarı İrina Corbanadzenin təhlilində yer alıb.

“Ermənistandan məntiqə sığmayan xəbərlər gəlir və bunların hamısı “Rusiya amili” ilə əlaqədardır. Müdafiə naziri David Tonoyanın səsləndirdiyi xəbərlərdən biri dırnaq içində “sevindiricidir” ki, “tezliklə, çox tezıliklə” Ermənistan ordusu Rusiya Federasiyasından yeni çoxfunksiyalı Su-30SM qırıcılarının yeni dəstini (ötən il də bundan dörd dəst alınıb) alacaq.

Nazirin sözlərinə görə, Ermənistanın hərbi arsenalındakı artım “on faizlə gedir”. Ötən ilin sonunda ermənilərin Suriyada uğurla sınaqdan keçirilmiş Tor-M2KM hava hücumundan müdafiə sistemlərini, S -300 Favorit və Buk və daha əvvəl “İskəndər-M” raket sistemlərini aldıqlarını nəzərə alsaq, Moskva həqiqətən də erməni ordusunun yenidən silahlanmasını öz üzərinə götürüb. Üstəlik, daxili qiymətlərlə və güzəştli kreditlərlə. Bundan əlavə, KTMT çərçivəsində bir çox hərbi təlimlərdə iştirak etdiyi üçün Ermənistan Respublikasının müdafiə qabiliyyəti güclənir”, – məqalədə deyilir.

Baş nazir Nikol Paşinyan yüksək səviyyədə bir bəyanat verdi ki, ölkəsi buna görə iki ildə görünməmiş miqdarda silah əldə edib. Düzdür, o, Ermənistan Respublikasının hərbi büdcəsinin güclə 650 milyon dollara çatması barədə səssiz qaldı. Bu, Azərbaycanın gücünə “çatmaq və ötmək” və işğal olunmuş ərazilərdən bir qarış da qaytarmamaq istəyini nəzərə alanda çox kiçik büdcəsir. Üstəlik də Ermənistan ordusunun yenidən silahlanması əslində Rusiya tərəfindən xeyriyyəçi xarakter daşıyır. Beləcə o Rusiya Federasiyasının hərbi bazasının Ermənistan Respublikasında yerləşməsini “müttəfiq” münasibətləri ilə əsaslandırır.

Ümumiyyətlə, İrəvan Moskvaya minnətdarlıq etməlidir, amma o, Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının köməyinə arxalansa da, bunu etmir. Əksinə, Ermənistan məqsədyönlü şəkildə “rusları əsəbləşdirməyə” çalışır: ötən həftənin sonunda Televiziya və Radio üzrə Milli Komissiyanın rəhbəri Tiqran Hakobyan “təhlükəsizlik” məqsədiylə xarici televiziya kanallarının respublikanın ictimai multipleksindən çıxarılması zəruriliyini bildirib.

Hansı “təhlükəli TV”dən söhbət getdiyi hamıya məlumdur. Bu Rusiyanın “Birincisi kanal”ı, “Rossiya”, “Kultura”, dövlətlərarası “Mir” (bununla necəsə barışmaq olar) və Amerikan CNN kanallarıdır. Hakobyanın dediyinə görə, xarici televiziya kanallarının yayımları erməni əhalisi arasında qonşu və digər dövlətlərə – məsələn, Gürcüstan, İran, Ukraynaya qarşı mənfi münasibət yarada bilər. Əvvəllər o, xarici radiolarda yayımların “təhlükəsi” mövzusuna toxunaraq, erməni dilində yayımlanmamasından narahat olduğunu bildirmişdi. Müvafiq olaraq, xarici dillərdən daha çox rus dilini bilən milli auditoruya azalır. Bu, “böyük və qüdrətli” monoetnik ölkədə titullu millətin dilinin sıxışdırması anlamına gəlmirmi?

Rusiya Federasiyasının Ermənistandakı səfirliyi təəccübünü dilə gətirib: “Xarici televiziya kanallarının, o cümlədən rus televiziyalarının ictimai multipleksə daxil edilməsinin Ermənistan Televiziya və Radio Milli Komissiyasının sədri tərəfindən davamlı şəkildə yayımlanmasının Ermənitanın milli təhlükəsizliyini təhdid etməsi haqda fikri diqqətimizi çəkdi”. Diplomatik nümayəndəlik Rusiya kanallarının daimi auditoriyasını təşkil edən vətəndaşların maraqlarını nəzərə almağın vacibliyini qeyd edib. Onlar həmçinin vurğulayıb ki, “Ermənistan rəhbərliyinin strateji münasibətlərimizin müttəfiq, qardaşlıq xarakterli olması barədə açıqlamaları fonunda” Rusiya milli televiziya kanalları milli təhlükəsizliyimizi təhdid edir” tezisi anlaşılmazdır”.

Hər iki xəbər – silah tədarükü və Rusiya təhlükəsizliyinə təhlükə yaradan televiziya kanallarının yayımın dayandırmaq – Cenevrədə Rusiya Federasiyasının həmsədrlərindən biri olduğu ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar fonunda ortaya çıxdı. Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov arasındakı danışıqlar 11 saat davam etdi”.

Bənzər yazılar

Back to top button