Dünya

36 ildir hakimiyyətdə olan prezidentin oğluna cinayət işi açıldı

Fransada Konqo prezidenti Denis Sassu Nquessonun oğlu barəsində çirkli pul yuma ittihamı üzrə istintaq başladılıb.

Qaynarinfo “Frans Press” agentliyinə istinadən xəbər verir ki, proses dekabrın 24-də başlayıb. Adı açıqlanmayan mənbənin məlumatına görə, prezidentin 45 yaşlı oğlu Denis Kristel Sassu Nquesso ailəsinə aid malları qeyri-qanuni yollarla öz üzərinə keçirməkdə ittiham edilir.

Dennis Kristel 2016-cı ilə qədər ölkənin milli neft şirkəti olan SNPC-nin direktorlarından biri olub. İngiltərənin “Global Witness” insan hüquqları təşkilatı 2014-cü ildə onun 50 milyon dollardan çox büdcə vəsaitini şəxsi hesabına köçürdüyünü iddia etmişdi.

Qeyd edək ki, 1943-cü ildə doğulan Konqo prezidenti Denis Sassu Nquesso 36 ildir hakimiyyətdədir.

Bənzər yazılar

Back to top button