Dünya

Alibaba koronavirusdan təsirlənən firmalara 2,8 milyard kredit verəcək

Çinin elektron ticarət nəhəngi Alibaba koronavirusdan təsirlənən firmalara 2,86 milyard dollar məbləğində kredit təklif edir.

Qaynarinfo xəbər verir ki, şirkət bu barədə Çinin Weibo sosial şəbəkəsindəki hesabında məlumat yayıb. Məlumatda qeyd olunub ki, kredit üçün nəərdə tutulan 20 milyard yuanın 10 milyardı epidemiyanın əsas mərkəzi olan Vuhandakı firmalar üçün ayrılıb.

Onlara 3 ay faizsiz, qalan 9 ay isə faizlərə 20 faiz endirimlə 1 illik kredit təklif ediləcək.

Şirkətin açıqladığı digər plan isə Tmall bazarında 2020-ci ilin ikinci yarısı üçün satıcıların platforma haqlarından imtina ödənişləri, restoran, logistika və tədarük zəncirləri firmalarını dəstəkləmək üçün 1 milyard yuan məbləğində büdcənin formalaşdırılmasıdır.

Bənzər yazılar

Back to top button