İqtisadiyyat

Azərbaycanlı fermer almanları geridə qoydu (FOTO/VİDEO)

Azərbaycanda 1 ton 300 kq çəkidə inək yetişdirilib.

Qaynarinfo xəbər verir ki, bu haqda kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli məlumat verib. Onun sözlərinə görə, həmin cins inəklər Azərbaycana Almaniyadan gətirilib:

“Bəs deyirsiniz bizdə alınmır? Budur, sadə azərbaycanlı balası Sübhan Dadaşovun təcrübəsini təqdim edirik.

Dəqiq rasionla bəsləmə hesabına simmental cinsindən 1 ton 300 kq çəki artımına nail olub. Baxmayaraq ki, almanlar bu cinsdə 1 ton 200 kq-dan artıq göstəriciyə çata bilməyiblər”.

Nicat Nəsirli qeyd edib ki, elmi baxımdan düzgün əsaslandırılmış yanaşmalar özünü heyvandarlıqda doğruldur.
https://www.facebook.com/326333138278173/videos/476870539868498/

Bənzər yazılar

Back to top button