İdman

Ronaldu futbol tarixində 3-cü oldu

“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol tarixində karyerasındakı qol sayında 3-cü yerə çıxıb

AzToday.az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının XXII turunda “Fiorentina” ilə görüşdə etdiyi dubl sayəsində nail olub.

Ronaldu klub və yığmadakı matçlarda bombardirlik göstəricisini 722 topa çatdırıb. O, 720 qola malik almaniyalı Herd Mülleri geridə qoyub.

Təcrübəli forvardı iki braziliyalı – Pele (767) və Romario (734) üstələyir. Ən yaxşı bombardirlər “altılığ”ına macarıstanlı Ferents Puşkaş (706) ilə “Barselona” və Argentina millisinin kapitanı Lionel Messi (705) də daxildir.

Bənzər yazılar

Back to top button