Bizim seçimSiyasət

MSK 4 dairə ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 46 saylı Şirvan seçki dairəsi və 88 saylı Göyçay seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

Qaynarinfo xəbər verir ki, sonda həmin şikayətlərin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

16.22

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Qaynarinfo xəbər verir ki, müraciətlər araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.

16.02

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Qaynarinfo xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə
– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli
– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu
– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

09.35

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır.

Qaynarinfo xəbər verir ki, MSK-nın iclası saat 16:00-da keçiriləcək.

İclasda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılacaq.

Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.

Bunlar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələridir.

Bənzər yazılar

Back to top button