İdman

Van Qaldan DÇ ilə bağlı qalmaqallı açıqlama: “Messinin çempionluğu planlaşdırılmışdı”

Niderland yığmasının sabiq baş məşqçisi Lui van Qal Qətərdə keçirilən dünya çempionatı ilə bağlı səs-küylü açıqlama verib.

Fanat.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis Argentina millisininnın DÇ-nin qalibi olmasının əvvəlcədən planlaşdırıldığını bildirib:

“Əslində, bu barədə çox danışmaq istəmirəm. Argentinanın qol vurma tərzinə, bəzi argentinalı futbolçuların davranışına baxsanız, düşünürəm ki, özünüz başa düşəcəksiniz. Onların çempion olması əvvəlcədən planlaşdırılmışdı.

Messi dünya çempionu olmalı idi. Bəli, mən belə düşünürəm”.

Qeyd edək ki, DÇ-2022-də Niderland yığması Argentina millisi ilə 1/4 finalda qarşılaşmışdı. Əsas vaxtda 2:2 hesabı qeydə alınmış, oyunsonrası penaltilər seriyasında argentinalılar dəqiq olaraq turnirin növbəti mərhələsinə adlamıdı.

Bənzər yazılar

Back to top button