Dünya

Putini koronavirusdan necə qoruyurlar?

Kreml əlindən gələni edir ki, koronavirus prezidentə yaxın düşə bilməsin.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Söhbət adi profilaktik gigiyena tədbirlərindən gedir”, – Peskov deyib və əlavə edib ki, Rusiyanın istənilən vətəndaşı özünü bu cür qoruya bilər.

Prezidentin Novo-Oqaryovodakı iqamətgahında qonaqlarda temperaturun ölçüldüyü bildirilir.

Ümumilikdə Rusiyada 6 koronavirus diaqnozu qoyulub. Yoluxmuşlardan ikisi artıq sağalıb və ölkəni tərk edib – bunlar fevralın ortalarında orqanizmində infeksiya tapılan çinlilər olub.

Bənzər yazılar

Back to top button