Dünya

Rus senatorların ölkədən çıxmasına qadağa qoyuldu (SƏBƏB)

Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko 14 mart şənbə günü senatorların hərəkətinə məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Matvienkonun sözlərinə görə, bu gündən etibarən Federasiya Şurasının bütün üzvlərinin xaricə getməsi qadağandır. Tədbir koronavirus infeksiyasının yayılması ilə əlaqədar alınıb və “daha əlverişli bir vəziyyətə qədər” qüvvədə olacaq. Bu gündən əlverişsiz koronavirus vəziyyəti olan ölkələrdən gələn xarici nümayəndə heyətlərinin ziyarətlərinə də qadağa qoyulur. Rusiya Federasiya Şurası xarici həmkarların qəbulunu müvəqqəti olaraq məhdudlaşdırır, – spiker deyib.

Onun sözlərinə görə, müvafiq qərarlar bir gün əvvəl parlamentin yuxarı palatasının məclisi tərəfindən qəbul edilib. O, həmkarlarından qərarı anlayışla qarşılamalarını xahiş edib.

“Bir, iki, üç ay xaricə getməsəniz dünya dağılmaz”, – Matviyenko deyib.

Matvienko çaxnaşma üçün heç bir səbəb olmadığını, lakin təhlükəni qiymətləndirmək gərəkdiyini vurğulayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button