Hadisə

Macarıstandan Bakıya təyyarə reysi təxirə salındı: Çətin vəziyyət – (FOTO)

Dezinfeksiya zamanı isə seçilmiş və tətbiqinə icazə verilən dezinfeksiyaedici vasitə ilə səthi islatmaq, dezinfeksiyaedicini üzərində olan təlimata uyğun olaraq tətbiq etmək, dezinfeksiyaedicini səthdə etiket məlumatında qeyd edilən müddətdə saxlamaq, təmiz nəm dəsmal ilə qurulamaq gərəklidir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Metodiki göstərişlərdə bildirilir ki, ictimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthlərə inzibati binanın ərazisi, binanın daxilində olan bölmələr, mətbəx və emal sahələri, yemək qəbulu salonu, sanitar məişət otaqları (sanitar qovşaq, duş, soyunub-geyinmə), anbarlar, masa və stulların səthləri, pəncərələr və pəncərə altlıqları, tutacaqlar, döşəmə və divar səthləri, qapılar və qapı tutacaqları, mətbəx avadanlıqları, təmizlik üçün istifadə olunan inventarların saxlanıldığı bölmələr və sair aiddir.

Dezinfeksiyaedicilərin qida ilə təmas edən səthlərdə istifadəsi zamanı onların insan sağlamlığına mənfi təsirinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə dezinfeksiyaedici kimi hidrogen peroksid, ozon, perasetik turşu və ya peroksisas turşusu, fosfor turşusu, kalium hidroksid, natrium hidroksiddən istifadə edilə bilər.

Bənzər yazılar

Back to top button