İdman

“Barselona” ter Şteqeni razı sala bilmir

“Barselona” müqavilənin yenilənməsi ilə bağlı qolkiper Mark-Andre ter Şteqenlə danışıqları davam etdirir.

Fanat.Az “Diario Sport”a istinadən xəbər verir ki, tərəflər arasında maliyyə məsələləri ilə bağlı fikir ayrılığı yaranıb. Ter Şteqen hazırkı maaşının iki dəfə artırılmasını istəyir. Söhbət illik 10 milyon avro məvacibdən və bonuslardan gedir.

Mart ayının əvvəllərində “Barsa” alman qapıçıya illik 6,5 milyon avro maaş və bonuslar ödəmək şərti ilə 2024-cü ilə kimi müqavilə təklif etmiş, lakin rədd cavabı almışdı. Bir müddət sonra katalon klubu maddi baxımdan daha yaxşı təklif göndərsə də, yenə ter Şteqeni razı sala bilməmişdi.

Avropanın top-klublarının 27 yaşlı qolkiperlə maraqlanması və daha yüksək məvaciblər ödəməyə hazır olmaları “Barselona”nın işini çətinə salıb.

Bənzər yazılar

Back to top button