Dünya

Türkiyədə küçəyə çıxmaq qadağası davam edəcəkmi?

“Havalar isindiyinə, həftə sonları küçə və parklarda yaşanan insan sıxlığına görə küçəyə çıxmaq qadağası yenidən qoyula bilər. Bu barədə söz demək hələ tezdir, hadisələrin gedişatına görə daha dəqiq açıqlama veriləcək.”

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Prezidentin sözçüsü ölkə gündəmini zəbt edən küçəyə çıxmaq qadağası və ardınca yaşananlardan danışaraq lazimi tədbirlərin görüləcəyini qeyd edib. O, cümə günü qadağadan sonra baş verən gərginlik və panikadan təəssüfləndiyini bildirib:

“Qorxmayın, panikaya düşməyin və sosial məsafəni qoruyun. Belə bir qadağanı hansı saatda elan etsək də, təəssüf ki, həmin saatlarda marketlərə hücum yenə olacaq. Amma biz vəziyyəti tənzimləyən planlar hazırlayırıq”.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi cümə günü axşam saat 10.00 radələrində ölkənin bir sıra bölgələrində küçəyə çıxmaq qadağası tətbiq olduğunu elan edib. Qərarın əhaliyə gec açıqlanması nəticəsində insanlar sosial izolyasiya qaydalarını unudub və xaos yaşanıb. Buna görə də hökumətin qərarı tətbiqetmə forması təqnid hədəfinə tuş gəlmişdi.

Bənzər yazılar

Back to top button