Bizim seçimGündəmManşetSiyasət

İlham Əliyev AŞPA Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısının saytında yer alan məlumata görə, söhbət zamanı Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin Azərbaycan və AŞ arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.

Həmçinin, bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyi çərçivəsində keçirilən tədbirlərin önəmi vurğulanıb.

Tərəflər Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub. Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər də müzakirə edilib.

Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. (Turan)

Bənzər yazılar

Back to top button