Dünya

Ötənilki dəhşətli təyyarə qəzasının görüntüləri yayımlandı (VİDEO)

Rusiya İstintaq Komitəsi ötən il Şeremetyovo hava limanında baş vermiş təyyarə qəzasının video görüntülərini yayımlayıb və hadisəyə görə təyyarənin kapitanı günahlandırılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qəza ilə bağlı istintaq başa çatıb. Qəzanın pilotun təyyarəni çox sərt endirməsi səbəbindən baş verdiyi qeyd olunub. Qara qutunun məlumatlarına görə, ölümlər zərbədən yox, tüstü və oddan olub.

Qeyd edək ki, ötən il mayın 5-də Moskvadan Murmanska uçan Aeroflot Superjet 100 model sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıdıb. Təcili eniş zamanı isə təyyarə alovlanıb. Qəza nəticəsində 33 sərnişin və 4 ekipaj üzvü həyatını itirib.
https://youtu.be/dtatLB6jtbk

Bənzər yazılar

Back to top button