DünyaGündəm

Türkiyə hökuməti yenə həftəsonu komendant saatı tətbiq edəcək

Bu dəfə Daxili İşlər Nazirliyi əvvəlcədən elan edib

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 31 vilayətdə həyata keçiriləcək komendant saatı ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən 81 vilayət rəhbərliyinə təlimat göndərilib.
Təlimatlara görə, həftəsonu çörək istehsalının edildiyi çörək zavodları, fırınlar, dövlət və özəl tibb müəssisələri və təşkilatlar və apteklər açıq olacaq.

Məcburi dövlət xidmətlərinin aparılması üçün zəruri olan ictimai qurum və təşkilatlar və müəssisələr komendant saatı zamanı açıq olacaq.

İctimai təhlükəsizliyin təmin edilməsi ilə təcili çağırı mərkəzləri, fövqəladə hallar və qırmızı aypara uqurmları və Vefa Sosial Dəstək bölmələrində işləyənlər qadağadan azad ediləcəklər.

Kənd təsərrüfatı istehsalının davamlı olması üçün tələb olunan əkin, suvarma-çiləmə işləri daxilində icazə verilənlər qadağanlardan azad ediləcəkdir.

Mütəmadi olaraq çörək paylamaq məqsədi ilə vilayət və rayon rəhbərlərinin başçılığı altında yaradılacaq komissiya tərəfindən hər məhəlləyə paylama planı hazırlanacaq.

Bələdiyyələr tərəfindən ictimai asayişin, xüsusən də sağlamlığın və təhlükəsizliyin bərqərar olması, dövlət məmurlarının ictimai nəqliyyatda təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüləcək.

Qəzetlər yalnız qəzet şirkətlərinin nəqliyyat vasitələri, içməli su paylayıcıları və Vefa Sosial Dəstək bölmələri vasitəsilə paylanacaq.

Xatırladaq ki, ötən həftə hökumətin qəfildən şənbə və bazar günləri komendat saatı elan etməsi əhalinin küçələrə axışıb çörək və ərzaq almağa çalşması ölkədə xaos yaratmış, Daxili İşlər naziri Süleyman Soylunun istefası ilə nəticələnmişdi. Lakin prezident R.T.Ərdoğan onun istefasın qəbul etməmişdi.

Bənzər yazılar

Back to top button