İdman

Madrid nəhəngi yetirməsini əsas rəqibindən alır – Ucuz qiymətə

İspaniya La Liqasının sürpriz kollektivlərindən olan “Jirona”nın müdafiəçisi Migel Qutyerres “Real Madrid”in maraq dairəsinə düşüb.

Fanat.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu” yetirməsi olduğu futbolçunu 8 milyon avroya almaq niyyətindədir. Razılaşma yayda baş tuta bilər.

Migel 2022-ci ildən “Jirona”da çıxış edir. Futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Qutyerres bu mövsüm 30 matçda iştirak edib. O, bu görüşlərdə 1 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” onu 20 milyon dəyərində qiymətləndirir.

Bənzər yazılar

Back to top button