Dünya

Ermənistan hökumətində şok hadisə:

Komendant Paşinyanın əmrini niyə yerinə yetirmədi?

AzToday.az “Hraparak” qəzetinə istinadən yazır ki, Ermənistan baş nazirin müavini, fövqəladə vəziyyət üzrə komendant Tiqran Avinyan komendantaturanın fəaliyyətini təşkil etmək üçün Dubayda çalışan keçmiş köməkçisi Gevork Muradyanı çağırıb:

“Belə ki, fövqəladə vəziyyət üzrə komendaturada 20-yə yaxın gənc işləyir və işin təşkili ilə bağlı çətinliklər var. Muradyanın aparat işlərində böyük təcrübəsi olduğu üçün T.Avinyan onu köməyə çağırıb. Lakin məlum olub ki, Nikol Paşinyanın ona qarşı ciddi dərəcədə antipatiyası var və “Jorik”in Avinyana kömək etdiyini biləndə ona zəng vuraraq hökumət binasından qovulmasını əmr edib. T.Avinyan isə öz növbəsində onun özünün Muradyanın Dubaydan qayıtmasını xahiş etdiyini söyləyərək bu tələbi yerinə yetirməkdən imtina edib”.

Qəzet yazır ki, bundan sonra Paşinyan ona deyib ki, təhlükəsizlik işçilərinə ona qovmaq əmri verəcək. Ancaq onlar gələnə qədər baş nazirin əmri barədə məlumat alan Muradyanın özü əşyalarını yığaraq hökumət binasını tərk edib.

Qəzetin müxbirinin “Artıq komendant yanında işləmədiyiniz doğrudurmu” sualına Muradyanın cavabı da maraqlı olub: “Mən orada işləmirdim, komendatın təlimatlarını könüllü olaraq yerinə yetirirdim və indi də yerinə yetirirəm. Bu könüllü fəaliyyətdir”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button