Dünya

ABŞ dövlət katibi növbəti dəfə Çini koronavirusa görə hədələdi

ABŞ dövlət katibi Maykl Pompeo hesab edir ki, Çin hakimiyyəti COVID-19 infeksiyasının yayılması haqqında informasiyanın güman edilən gizlədilməsinə görə məsuliyyətə cəlb ediləcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi “Fox News” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Çin hakimiyyətinin hərəkətləri nəticəsində xeyli sayda insan həyatını itirib. Pompeo qeyd edib ki, dünya və ABŞ iqtisadiyyatı pandemiyaya görə böyük problemlərlə üzləşib.

O, Çin Xalq Respublikasının Kommunist Partiyası ilə münasibətlərdə şəffaflığın olmamasına görə təəssüf edib.

Maykl Pompeo bildirib ki, Çin Kommunist Partiyasının üzvləri etdiklərinə görə ABŞ qarşısında cavab verəcək. Lakin ABŞ dövlət katibi bunun hansı formada olacağını deməyib.

Pompeo həmçinin ABŞ-ın COVID-19-a bağlı bir çox şeyləri bilməməsinə əminliyini ifadə edib.

Qeyd edək ki, hazırda ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bənzər yazılar

Back to top button