Dünya

Çində dəhşət – Yoluxmanın azaldığı dönəmdə son sutkada koronavirusdan 1290 nəfər öldü

Çində dünən heç kimin gözləmədiyi hal baş verib…

Son günlər həm koronavirusa yoluxanların, həm də ölüm faktlarının kəskin şəkildə aşağı düşdüyü Çində dünən heç kimin gözləmədiyi hal baş verib.

Yenisabah.az “Worldometers”ə istinadən bildirir ki, son 24 saatda Çində 1 290 nəfər koronavirus səbəbilə ölüb. Həmçinin, 351 yeni yoluxma qeydə alınıb.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 692 nəfərə, pandemiya qurbanlarının sayı isə 4 632 nəfərə yüksəlib.

Bənzər yazılar

Back to top button